Çiller – fankoyl (chiller – fancoil) sisteminin digər sistemlərdən fərqi odur ki, onun xarici və daxili blokları arasında freon yox su (və ya donmayan maye) sirkulyasiya edir. Suyu Çiller adlanan soyuducu avadanlıq soyudur. Çiller adi freon kondisioneridir lakin onun buxarlandırıcısından hava yox su keçir. Və su nasos stansiyasının köməyi ilə istidən izolyasiya edilmiş trubalarla fankoyla keçir. Fankoyllar otağın içində yerləşdirilir və adi split-sistemlərin daxili blokları ilə eyni funskiyanı yerinə yetirir. Çiller – fankoyl sistemi ənənəvi multi-split və ya multi-zonal sistemlərlə müqayisədə bir neçə üstünlüyə malikdir: Çiller və fankoyl arasındakı məsafə nasosun gücünə görə müəyyən edilir və bu məsafə bir neçə 100 metr ola bilər. çiller (soyuducu maşın) Binaların içində ekoloji sudəyişmə məsələsini həll etmək üçün ikikonturlu soyutma sistemindən isitifadə olunur. Bu tip sitemlər iki – kənar (xarici) və daxili – qlikol və su konturdan ibarətdir və hansılar ki öz aralarında istilik mübadiləsi aparırlar.Belə sxemlər kənar çiller avadanlıqları ilə birlikdə təhlükəsiz soyuqluqdaşıycıların (su) binanın içində isitifadəsinə imkan yaradır. Fankoylların növləri: Divar tip fankoyllar. İstənilən kiçik ölçülü obyektə – ofisə, mənzilə, mağazaya quraşdırmaq mümkündür. Tavan tipl fankoyllar. Tavan tipli fankoyllar xüsusi olaraq asma tavanlı böyük binalar üçün hazırlanmışdır.Tavanın alt hissəsinə quraşdırılır və bu zaman yalnız dekorativ mənfəz görünür. Kanal tip fankoyllar. Kanal tipli fanoyllar soyudulacaq ( qızıdırılacaq) sahədən kənarda yerləşdirilir və bu sahəyə hava xətləri və havalandırma mənfəzləri ilə birləşdirilir. Tavan (tavanaltı), döşəmə tip fankoyllar. Bu tip fankoylların vertikal və horizontal quraşdırılırlar. Rooftop (Dam tipli kondisionerlər) Öz göstəricilərinə və tətbiq sahələrinə görə dam tip kondisionerlər mərkəzi kondisionerlərə oxşayırlar. Onlar arasındakı əsas fərq dam tipli kondisionerin monoblok olması və damda quraşdırılması, ancaq mərkəzi kondisionerlər obyektin içərisində yerləşdirilir. VRV sistemi VRV və ya digər adı ilə VRF (Variable Refrigerant Flow) system ümumi sahəsi 100-1000 kvadrat metr olan böyük obyektlərin isidilməsi və syudulmasını təmin etmək üçün tətbiq olunur.Bu sistemi eyni vaxtda 5-30 “otaqda” komfort yarada bilər və bu zaman bu otaqlar biri birindən asılı olmayaraq ayriliqda qizidrila və soyudula bilərlər. VRV sistem çox ekonomdur. Bundan başqa ekonomluq otaqalara görə fərqli ola bilər. Məsələn, sistem evin günəşli tərəfini soyutduğu zaman oradan götürülən isiti hava ilə əks tərəfdə olan otağın isidilməsini təmin edə bilər. Aydındır ki bu zaman enerjiyə kifayət qədər qənaət edilmiş olur. VRV sistemin müsbət tərəflərinə onun istismar müddəti də daxildir. Nəzərə alsaq ki slit-sistemlərin yararlılıq müddəti 10 ildir, ancaq VRV sistemləri 20-25 il ideal işləyə edilə bilər. Həssas nəzarətli kondisionerlər Həssas nəzarətli kondisionerlər yerləşdiyi otağın havasının temperatur, rütubətlilik,hərəkətliliyik parametrlərinin dəqiq tənzimlənməsini təmin edən avtonom kabinə tipli kondisionerlərdir. Temperaturun tənzimlənməsi dəqiqliyi: ± 1°С Rütubətliliyin tənzimlənməsi dəqiqliyi: + 5% İşləmə mühitinin tempereatur göstəriciləri: +50°С-dən -60°С-ə qədər Həssas nəzarətli kondisionerlər texniki obyektlərdə tətbiq olunması texnoloji avadanlıqlardan böyük isitilik ayrılmalarını konpensasiya edir, hansılar ki öz növbəsində minimal temperatur və rütubətlik dəyişikliklərinə çox həssasdır. Otaqdan olan temperatur optimal temperaturdan nə qədər çox fərqlənərsə, texnoloji avadanlıqların ömrü bir o qədər az olar.Həssas nəzarətli kondisionerlər ayrılan istiliyin tənzimlənməsini effektiv təmin edir və otağın tələb onun temperatur və rütubətlilikdə saxlanmasını tənzimləyir. Həssas nəzarətli konsionerlərin tətbiq sahələri: Stasionar telerabitə: ATS stansiyalar Telekommunikasiya qovşaqları (kommutator, şlüzlər) Kanal tip kondisionerlərinin isitifadəsinin digər kondisionerlərdən əsas fərqi onun təmiz hava vurma funksiyasının olmasıdır. Bunun üçün daxili bloka vurma qurğulu hava keçiricisi yerləşdirilir.Vurma qurğusu havanı təmizləyək və isidərək (qışda) içəri təzə hava vurur. Paylama kamerasında təzə hava içəridən götürülən hava ilə qarışır, təmizlənir (süzülür) və daxili blokdan yerləşən ventilyator vasitəsilə obyektə vurulur. Kanal tip kondisionerin xarici bloku xaricdə (bakonda, binanln divarında, damda) quraşıdırılır. Daxili blok isə tavana birləşdirilir və asma tavanın arxasında gizlədiir. Kanal tip kondisionerlərin üstünlükləri: Bir neçə otağı eyni anda kondensinə edilməsi (soyudur və ya isidir) Mərkəzi kondisioner sistemləri Mərkəzi kondisionerlər – bu kondisionerlər soyuq və isti sistemlə təhciz olunublar və bu zaman soyuq hava çillerdən, freon daxili kompressor-kondensator blokundan, isti su isə mərkəzi isitmə sistemindən və ya boylerdən kondisionerə vurulur.Bu kondisionerlər xidmət göstərdikləri otaqlara yaxın yerləşdirilirlər (damda, texniki mərtəbədə və ya zirzəmidə). Kondisionerə havanın girişi və çıxışı və eləcə də otaqlara ötürülməsi hava xətləri ilə reallaşır.Mərkəzi kondisioner sistemi bir neçə bölmədən ibarətdir və hər bir bölmə müəyyən bir funksiyanı yerinə yetirir. Onlar havanı soyutmaq və isitməklə yanaşı onu təmizləyir, qurudur və ya rütubətləndirirvə əlbəttə ki havalandırmanı təmin edir. Mərkəzi kondisionerlərin funksiyaları: Mərkəzi kondisionerlər 2 isitilik mübadiləsi avadanlğı ilə təmin edilmişdir ki bu da ilkin havanın emalını təmin edir. Bir mübadilə avadanlığına çillerdən soyuqluqdaşıyan (məsələn,su), digərinə isə mərkəzi isitmə sistemindən isiti su vurulur. Burada hava ilkin olaraq qızıdırılır və ya soyudulur, sonra isə hava xətti sistemi ilə otağa vurulur. Mərkəzi kondisionerlərin əsas xüsusiyyətləri və üstünlükləri: Bir neçə sistemlə lazım olan temperaturlu təzə havanın vurulması və paylanmasını aparılarkən digər sistemlərdə rütubətliliyi təmin etmək olur. |
![]() |